Nigeriyanın Zamfara Eyaletidə yola yerləşdirilən minalar partlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Milli mətbuatın məlumatına görə, hadisə Bagega-Anka yolu üzərində baş verib. Yola yerləşdirilən mina sərnişin daşıyan avtomobilin keçdiyi zaman partlayıb.
Yazid Abubakar jurnalistlərə açıqlamasında hadisəni təsdiqləyib və əraziyə xüsusi təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir.