Tayland Kralı Maha Vajiralongkornun ən böyük övladı, şahzadə Bajrakitiyabha Narendira Debyavati 47 yaşında vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təxminən dörd ildir koma vəziyyətində olan şahzadə, 2022-ci ilin dekabr ayında ürək problemi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
2022-ci ildən bəri xəstəxanada müalicə alan 47 yaşlı şahzadə Bangkokdakı Kral Çulalongkorn Anıt Xəstəxanasında vəfat edib.
Həkimlərin intensiv müalicəsinə baxmayaraq, qarın infeksiyası və digər fəsadlar onun vəziyyətini daha da ağırlaşdırmışdı.