logo
logo logo
logo

Qəza baş verdi - 8 xarici vətəndaş öldü 

15:23 - 12 İyun 2026

Qəza baş verdi - 8 xarici vətəndaş öldü 

Macarıstanın qərbində M1 avtomobil yolunda sabah saatlarında zəncirvari qəza baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki zəncirvari qəzada 8 xarici vətəndaş həyatını itirib.


Polis rəsmilərinin məlumatına görə, ilk qəza Avstriya sərhədinə yaxın yerləşən Györ şəhəri ətrafında saat 04:30-da baş verib. Bir yük maşını yol təmir maşınına çırpılaraq alovlanıb və nəticədə yük maşınının sürücüsü hadisə yerində ölüb. Qəza səbəbindən avtomobil yolunda hərəkət tam dayanıb.


İlk qəza baş verdikdən qısa müddət sonra, yolun dayanması səbəbindən dayanan digər bir yük maşınına, içində 9 nəfərin olduğu Moldova qeydiyyatlı mini avtobus çırpılıb. Qəzada minibusdakı 7 nəfər hadisə yerində həlak olub, 2 nəfər isə yaralanıb.


Baş verən qəzaların ardından M1 avtomobil yolunun Avstriya istiqamətində bir zolaq müvafiq qurumlar tərəfindən nəqliyyat üçün bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az