logo
logo logo
logo

“İran limanları üçün dəniz blokadası ləğv edildi” - ABŞ

14:40 - 19 İyun 2026

“İran limanları üçün dəniz blokadası ləğv edildi” - ABŞ

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında İran limanları və sahil bölgələrinə tətbiq olunan dəniz blokadasının ləğv edildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM-un rəsmi sosial media hesabında yayılan məlumatda İranla bağlı dəniz blokadasının son vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, ABŞ Prezidentinin göstərişinə uyğun olaraq İran limanlarına daxil olan və həmin limanlardan çıxan bütün dəniz nəqliyyatı vasitələrinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Qeyd olunub ki, gəmilərin hərəkətinə artıq maneə yaradılmır.

Açıqlamada vurğulanıb ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər əldə olunmuş razılaşmanın icrasına nəzarət məqsədilə bölgədə fəaliyyətini davam etdirəcək.

“Amerika qüvvələri İran limanlarına istiqamətlənən və ya həmin limanlardan ayrılan gəmilərin hərəkətinə mane olmur. ABŞ ordusunun blokadanın icrası ilə bağlı bütün fəaliyyəti dayandırılıb. Hərbi dəniz qüvvələrimiz razılaşmanın bütün müddəalarının yerinə yetirildiyinə və tam şəkildə qüvvədə qaldığına əmin olmaq üçün bölgədə qalacaq”, – deyə CENTCOM-un açıqlamasında bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az