logo
logo logo
logo

ABŞ-İran arasında yeni mərhələ - 60 gün başladı 

14:45 - 19 İyun 2026

ABŞ-İran arasında yeni mərhələ - 60 gün başladı 

ABŞ Prezidenti Donald Tramp ilə İran Prezidenti Məsud Pezeşkian arasında imzalanan razılaşma memorandumu fonunda iki ölkə arasında münasibətlərdə “ikinci mərhələ” adlandırılan 60 günlük proses başlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İran arasında imzalanmış razılaşma memorandumu iki ölkə münasibətlərində yeni bir mərhələnin əsasını qoyub. Eyni zamanda prosesə dair texniki detallar və diplomatik təqvim dəqiqləşdirilməyə başlanıb.

Ağ Evin yaydığı açıqlamada İranla aparılacaq texniki görüşlər üçün hazırlıqların davam etdiyi, lakin ABŞ Prezidentinin müavini Cey Di Vensin İsveçrəyə planlaşdırılan səfərinin logistik səbəblərə görə hələlik təxirə salındığı bildirilib. 

Qeyd olunub ki, Amerika nümayəndə heyəti ilk münasib fürsətdə yola çıxmağa hazırdır və görüşlərin tezliklə başlanması üçün işlər ciddi şəkildə davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az