Nigerdəki Diori Həmani Beynəlxalq Hava Limanına hücum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 22 silahlı şəxs daxil olmaqla ümumilikdə 35 nəfər həlak olub.
Hücumdan sonra qaçan silahlıların ələ keçirilməsi üçün hava limanı ətrafı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, ərazidən çıxan bütün nəqliyyat vasitələri yoxlanılıb.
Ölkədə son 5 ay ərzində ikinci dəfə baş verən bu hücumda ümumilikdə 35 nəfərin həyatını itirdiyi bildirilib.