Hindistanın Ali Məhkəməsi imtahan suallarının sızdırıla biləcəyi iddiası ilə Rusiya mərkəzli sosial media platforması “Telegram”a tətbiq edilən müvəqqəti məhdudiyyət qərarını əsaslı hesab edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Yeni Dehli Ali Məhkəməsi "Telegram"ın həmin qərara qarşı verdiyi şikayət üzrə işi araşdırıb.
Məhkəmə bildirib ki, Hindistan hökumətinin bu addımı atmaq üçün əsaslı səbəbləri mövcuddur və tətbiq edilən məhdudiyyət “mütənasib” xarakter daşıyır.
Qərara əsasən, "Telegram"a qarşı tətbiq olunan müvəqqəti məhdudiyyət qüvvədə saxlanılıb.