İsveçrə Xarici İşlər Nazirliyi ABŞ-nin vitse-prezidenti C.D. Vens ilə İran nümayəndə heyəti arasında İsveçrədə keçirilməsi gözlənilən görüşün baş tutmayacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, bildirilib ki, tərəflər arasında bu gün üçün planlaşdırılan hər hansı görüş və ya toplantı reallaşmayacaq.
Qeyd edək ki, sözügedən görüşün beynəlxalq gündəmdə xüsusi əhəmiyyət daşıdığı və tərəflər arasında kritik müzakirələrin aparılacağı gözlənilirdi.