ABŞ Prezidenti Donald Tramp İranın hərbi baxımdan tamamilə məğlub edildiyini iddia edərək, müharibədən sonra prezident kimi güc istifadə səlahiyyətlərinin heç bir sərhədinin olmadığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli “Axios” portalına müsahibə verən Tramp İranla əldə olunan razılaşmadan sonra siyasi gücünü dəyərləndirib.
O, İran müharibəsindən sonra prezident səlahiyyətlərinin hüdudları ilə bağlı suala cavabında belə deyib: “Heç bir sərhəd yoxdur. Sərhədlərin olduğunu bilirəm, amma burada sərhəd yoxdur”.
Tramp həmçinin İranın hərbi baxımdan tam məğlub edildiyini və ABŞ ordusunun dünyanın ən güclü ordusu olduğunu iddia edib.
“Başqa kim belə bir dəniz blokadası tətbiq edə bilərdi? Heç bir gəminin keçmədiyi blokada yaratdım. Bəziləri cəhd etdi, amma bacarmadı”, – deyə o əlavə edib.