Türkiyənin Malatya şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yeraltı təkanların episentri Malatyanın Battalqazi rayonu olub.
Zəlzələnin 9,13 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.