logo
logo logo
logo

Avropa son 30 ildə ən sürətlə istiləşən region oldu

14:15 - 26 İyun 2026

Avropa son 30 ildə ən sürətlə istiləşən region oldu

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) İqlim Məlumatları Bölməsinin rəhbəri Con Kennedi bildirib ki, Avropa son 30 ildə dünyanın ən sürətlə istiləşən regionuna çevrilib və qitədə orta temperatur təxminən 2 dərəcə artıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya və Fransada havanın temperaturu 40 dərəcəni ötür, Böyük Britaniya isə tarixinin ən isti iyun ayını yaşayır. Gecə temperaturunun da 20 dərəcədən yuxarı olması xüsusilə yaşlılar, uşaqlar, hamilələr və açıq havada çalışanlar üçün ciddi sağlamlıq riski yaradır.

Kennedi vurğulayıb ki, uzunmüddətli istiləşmənin əsas səbəbi atmosferdə toplanan istixana qazlarıdır. O qeyd edib ki, emissiyalar azaldılmadığı təqdirdə, isti hava dalğaları daha tez-tez, daha güclü və daha uzunmüddətli olacaq.

WMO rəsmisi vətəndaşlara günün ən isti saatlarında günəşdən uzaq durmağı, bol su içməyi və sərin məkanlarda qalmağı tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az