logo
logo logo
logo

Pakistanda atışma və güclü partlayış baş verdi

21:53 - 27 İyun 2026

Pakistanda atışma və güclü partlayış baş verdi

Pakistanın Kəraçi şəhərinin Gülüstani-Cövhər rayonunda atəş səsləri eşidilib və partlayış baş verib.


Manset.az xəbər verir ki, bu barədə Dawn nəşri məlumat yayıb.

"Sind əyalətinin 1122 Xilasetmə Xidməti Gülüstani-Cövhərdə partlayış barədə məlumat alıb və dərhal hadisə yerinə xilasetmə briqadası yönəldib", - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə yerinə polis xüsusi təyinatlıları və Çevik Reaksiya Qüvvələrinin əməkdaşları da gəlib, lakin hələlik xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.

Nəşrin məlumatına görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az