logo
logo logo
logo

İrandan ABŞ-a sərt ittiham - "Öhdəliklərə əməl etmir"

10:37 - 28 İyun 2026

İrandan ABŞ-a sərt ittiham - \"Öhdəliklərə əməl etmir\"

İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir sıra müşahidə və nəzarət obyektlərinə endirdiyi hava zərbələrini sərt şəkildə qınayıb.


Manset.az-ın məlumatına görə, nazirliyin bəyanatında bildirilir ki, hücumlar BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılması ilə bağlı memorandumun kobud şəkildə pozulmasıdır. Rəsmi Tehran Vaşinqtonu üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham edərək, ABŞ-ın beynəlxalq öhdəliklərinə etibar göstərmədiyini vurğulayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, ölkənin suverenliyini və ərazi bütövlüyünü hədəf alan istənilən hərbi təcavüzə qarşı özünümüdafiə hüququna malikdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az