logo
logo logo
logo

"Hörmüz boğazına müdaxilə vəziyyəti çətinləşdirəcək" - İran XİN 

15:34 - 28 İyun 2026

\"Hörmüz boğazına müdaxilə vəziyyəti çətinləşdirəcək\" - İran XİN 

İran ilə ABŞ arasında əldə olunmuş razılaşmalara əsasən, mövcud maneələr aradan qaldırıldıqdan sonra Hörmüz boğazında hərəkətin idarə edilməsi, tam bərpası İrana həvalə olunur və bu tədbirlərin həyata keçirilməsi prosesi davam edir.


Manset.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Bu mexanizmin icrasına görə məsuliyyət tamamilə İranın üzərinə düşür və heç bir başqa ölkə, yaxud təşkilat bu məsələdə məsuliyyət daşımır", - o qeyd edib.

A.Əraqçinin sözlərinə görə, hər hansı müdaxilə və ya mövcud razılaşmalara zidd şərait yaratmaq cəhdləri vəziyyəti çətinləşdirəcək: "Bu, Hörmüz boğazının normal vəziyyətə qayıtmasını gecikdirəcək və gərginliyi artıracaq.

Mən bütün tərəfləri əldə olunmuş razılaşmalara sadiq qalmağa, Hörmüz boğazının idarə olunmasına müdaxilə etməkdən çəkinməyə və bu razılaşmaların həyata keçirilməsinə imkan yaratmağa çağırıram".

İranın XİN rəhbəri xatırladıb ki, razılaşmaların müddəalarına əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə dayandırılmalıdır. "Təəssüf ki, İsrail hücumlarını davam etdirir", - o xatırladıb.

İran və İraqın XİN rəhbərlərinin görüşündə Fars körfəzinin təhlükəsizlik də müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az