logo
logo logo
logo

Həştərxanda qidadan zəhərlənənlərin sayı 

16:31 - 28 İyun 2026

Həştərxanda qidadan zəhərlənənlərin sayı 

Həştərxanda ictimai iaşə müəssisəsində qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatıb.


Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

"Həştərxanda zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı bazar günü 23 nəfərə çatıb, onlar arasında 1 yaşdan 15 yaşa qədər qədər altı uşaq, yeniyetmə var. Bütün zərərçəkənlərin vəziyyəti orta-ağırdır", - açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə İstintaq Komitəsi iyunun 27-də ictimai iaşə müəssisəsində hazırlanmış qidanı yedikdən sonra 14 nəfərin zəhərləndiyini bildirib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri (qadın) xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az