Banqladeşdə davam edən qızılca epidemiyası sürətlə yayılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəstəlik səbəbindən ölən uşaqların sayı 712-yə yüksəlib.
Məlumata əsasən, Banqladeş Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Xidmətləri Baş İdarəsi (DGHS) ölkə üzrə son 24 saat ərzində daha 4 uşağın qızılca şübhəsi ilə vəfat etdiyini açıqlayıb.
Bundan başqa, son 24 saat ərzində daha 941 nəfərdə qızılca şübhəsi qeydə alınıb. Bununla da ölkə üzrə şübhəli yoluxma hallarının ümumi sayı 99 min 207-yə yüksəlib.
Aprelin 10-dan indiyədək qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82 min 844 nəfərə çatıb. Onlardan 79 min 152 nəfər müalicəsini başa vurduqdan sonra tibb müəssisəsindən evə buraxılıb.