logo
logo logo
logo

Tramp Doha görüşü ilə bağlı danışdı 

09:08 - 30 İyun 2026

Tramp Doha görüşü ilə bağlı danışdı 

ABŞ Prezidenti Donald Tramp İranla ABŞ arasında sabah Qətərin paytaxtı Dohada keçiriləcəyi iddia edilən görüşlə bağlı danışıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Donald Tramp avtomobillərin təmir xərclərinin azaldılmasını nəzərdə tutan sərəncamı imzaladıqdan sonra neftin qiymətində müşahidə olunan enməyə diqqət çəkib.

“Bildiyiniz kimi, neftin qiyməti xeyli aşağı düşüb. Bu gün bir barelin qiyməti 69 dollara qədər gerilədi. İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün apardığımız mübarizədən əvvəl qiymətlər bundan yüksək idi. Bu istiqamətdə işlər çox yaxşı gedir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti İranla ABŞ arasında sabah Dohada keçiriləcəyi iddia olunan görüş barədə isə bunları söyləyib:

“Dohadakı görüş mühüm də ola bilər, olmaya da. Bunu zaman göstərəcək. Onlar Qətərə gedirlər. Düşünürəm ki, artıq yola düşüblər və ya yaxın saatlarda yola çıxacaqlar. Görək görüş necə keçəcək.”

Xatırladaq ki, İran tərəfi daha əvvəl Dohada ABŞ və İran nümayəndələri arasında hər hansı görüşün keçirilməyəcəyini açıqlamışdı.

Tramp İranla bağlı hərbi qarşıdurmada üstünlüyün əldə olunduğunu da iddia edib. O bildirib ki, əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

“Əslində məsələ çox sadədir. İranın nüvə silahına malik olmasını istəmirik və buna imkan verilməyəcək. Onlar da bunu qəbul ediblər”, – deyə ABŞ Prezidenti vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az