logo
logo logo
logo

“ABŞ anlaşmaya sadiq qalarsa, biz də öhdəliklərimizi yerinə yetirərik”

09:18 - 30 İyun 2026

“ABŞ anlaşmaya sadiq qalarsa, biz də öhdəliklərimizi yerinə yetirərik”

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşma barədə açıqlama verərək uzlaşmanın qarşılıqlı etimada əsaslanan iki tərəfli proses olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran ilə ABŞ arasında Qətərin paytaxtı Doha şəhərində keçirilməsi gözlənilən görüşlər ərəfəsində sosial şəbəkə hesabında paylaşım edən Pezeşkian ABŞ tərəfinin razılaşmaya sadiq qalacağı təqdirdə İranın da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.

“Əgər Amerika tərəfi razılaşmaya sadiq qalarsa, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə İran Prezidenti bildirib.

Pezeşkian əlavə edib ki, əsassız bəyanatlar və məzmundan uzaq təhdidlər qarşısında İranın yanaşması ağıla, məntiqə və insan ləyaqətinə söykənir.

“Məntiqsiz bəyanatlar və əsassız təhdidlər qarşısında mövqeyimiz qərar qəbuletmə prosesində ağıla və insan ləyaqətinə əsaslanmaq, hərəkətə keçmək vaxtı çatdıqda isə qətiyyətli və cəsarətli müdafiə nümayiş etdirməkdir”, – deyə Pezeşkian qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az