Türkiyənin Kırklareli şəhərində 4 yaşlı qızı ilə uşaq parkına gedən gənc qadın keçmiş əri tərəfindən silahla hücuma məruz qalıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın xəstəxanada ölüb, yaralanan 4 yaşlı uşağın vəziyyəti isə hələ də ağırdır. Hücumdan sonra hadisə yerindən qaçan şübhəli daha sonra ölü tapılıb.
Hadisə dünən axşam Kırklarelinin Demirtaş məhəlləsindəki uşaq parkında baş verib . Məlumata görə, 26 yaşlı Çisem Çalkantı 4 yaşlı qızı Ö.N.K. ilə parkda olarkən, bu yaxınlarda boşandığı keçmiş əri Y.K. ilə qarşılaşıb. İddialara görə, Y.K. hadisə yerindən qaçmazdan əvvəl keçmiş həyat yoldaşına və qızına tapança ilə atəş açıb. Silah səslərini eşidən vətəndaşların məlumatına görə, əraziyə tibbi və polis qrupları göndərilib.