Nigeriyanın Ciqava ştatında güclü fırtına baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş katibi Hannafi Faqam jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, bölgədə güclü yağış və fırtına müşahidə olunub. Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, 53 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faqam bildirib ki, fırtınadan 5 min 403 ev təsərrüfatı zərər görüb, minlərlə sakin isə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
O qeyd edib ki, güclü külək və leysan yağışları mühüm dövlət infrastrukturuna da ciddi ziyan vurub. Belə ki, 47 ibtidai və orta məktəb, 3 xəstəxana, eləcə də 2 polis bölməsi zədələnib.
SEMA rəsmisinin sözlərinə görə, ştat hökuməti zərərçəkən ailələr üçün ərzaq yardımı, müvəqqəti sığınacaqlar, tibbi dəstək və təcili ehtiyacların qiymətləndirilməsi də daxil olmaqla fövqəladə tədbirlərin icrasına başlayıb.