logo
logo logo
logo

İran Böyük Britaniyaya nota verdi

17:35 - 09 İyul 2026

İran Böyük Britaniyaya nota verdi

İran Böyük Britaniya rəsmilərinin rəsmi Tehrana qarşı irəli sürdüyü təhlükəsizlik ittihamları ilə əlaqədar bu ölkənin Tehrandakı səfiri Hüqo Şorteri Xarici İşlər Nazirliyinə çağırıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Baş İdarəsinin rəhbəri Əlirza Yusəfi səfirə Böyük Britaniyanın mövqeyinə etiraz notası təqdim edib.

İran tərəfi Britaniya rəsmilərinin Tehranın Birləşmiş Krallıq ərazisində təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlər planlaşdırdığına dair iddialarını "əsassız və həqiqətə uyğun olmayan" ittihamlar adlandırıb.

Açıqlamada iddia olunub ki, bu ittihamlar Böyük Britaniyanın beynəlxalq hüquqa zidd siyasətinə, eləcə də ABŞ və İsrailə verdiyi dəstəyə yönələn tənqidlərdən yayınmaq məqsədi daşıyır.

İran eyni zamanda Böyük Britaniyanı "İran əleyhinə terror şəbəkələrinə və zorakılığı təbliğ edən qruplara sığınacaq vermək və dəstək göstərməkdə" ittiham edib, Londonu bu fəaliyyətlərə son qoymağa çağırıb.

Rəsmi Tehran həmçinin iddia edib ki, İsrail tərəfindən maliyyələşdirildiyi və yönləndirildiyi bildirilən bu şəbəkələrə Böyük Britaniyanın ev sahibliyi etməsi dövlətin terrorizmi dəstəkləməmək barədə beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri ilə ziddiyyət təşkil edir və bu vəziyyətə ən qısa zamanda son qoyulmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az