Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilən NATO Liderlər Zirvəsinin başa çatmasından sonra Alyansın rəsmi X hesabında diqqətçəkən paylaşım edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, paylaşımda "Təşəkkürlər, Ankara" qeydi ilə Prezident İqamətgahından iki fotoşəkil yayımlanıb.
NATO-nun paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara NATO-nun Liderlər Zirvəsinə ev sahibliyi edib. Zirvə çərçivəsində üzv dövlətlərin liderləri təhlükəsizlik, müdafiə, regional və qlobal gündəmdə yer alan məsələləri müzakirə ediblər.