logo
logo logo
logo

Dəfndən qayıdarkən FACİƏ - Eyni ailədən 3 nəfər öldü

16:19 - 10 İyul 2026

Dəfndən qayıdarkən FACİƏ - Eyni ailədən 3 nəfər öldü

Türkiyədə  dəfn mərasimindən qayıdarkən ailə faciəsi baş verib.

Manset.az türk mediasına istinadən xəbər verir ki, Bilir ailəsi qohumlarının dəfn mərasimində iştirak etdikdən sonra Amasyaya qayıdarkən, nəqliyyat vasitəsi Amasya mərkəzindəki Gökhöyük qovşağı yaxınlığında qəzaya uğrayıb. Mehmet Bilirin idarə etdiyi avtomobil Osman Şahinin idarə etdiyi traktorla toqquşub və yol kənarındakı arxa düşüb. Qəza barədə məlumat verildikdən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faciəvi qəza nəticəsində Mehmet Bilir hadisə yerində, onun böyük qardaşı Yavuz və anası Fatma Bilir isə təcili tibbi yardım maşını ilə aparıldıqları xəstəxanada həyatlarını itiriblər. Qəza zamanı Müzeyyen və Selma Bilir, eləcə də traktor sürücüsü Osman Şahin xəsarət alıblar və tibbi nəzarətə götürülüblər.  Qəza ilə bağlı araşdırma başladılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az