İsrailin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunun adını dəyişdirdiyi məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yaşayan Yair Netanyahunun sənədlərdə Yonatan Hon adından istifadə etdiyi müəyyən edilib.
Bildirilib ki, Yair Netanyahunun iş əlaqələri və ailəsinin münasibətləri ilə bağlı araşdırma aparılır.
Məlumata görə, Yair Netanyahunun vergi güzəştləri ilə bağlı sənədlərində “Yonatan Hon” adından istifadə etdiyi aşkarlanıb. Həmçinin onun sənədlərdə “Balfour 0” kimi göstərilən uydurma ünvandan istifadə etdiyi qeyd olunub.
Yair Netanyahu daha əvvəl sosial şəbəkələrdə özünü “Yair Hon” kimi təqdim edib. “Hon” soyadı onun anası Sara Netanyahunun atası Şmuelin əvvəlki soyadı olub. Daha sonra ailə soyadını Ben Artzi olaraq dəyişib.