Konqo Demokratik Respublikasında (KDR) mayın 15-dən davam edən Ebola epidemiyası nəticəsində təsdiqlənmiş yoluxma hallarının sayının yüksəldiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, epidemiyanın başlanmasından indiyədək 625 nəfərin həyatını itirdiyi qeyd olunub.
KDR Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara əsasən, ölkədə təsdiqlənmiş Ebola xəstələrinin sayı 1792, ölüm halları isə 625 nəfər təşkil edir. Epidemiya çərçivəsində 764 xəstə təcrid olunaraq və ya xəstəxanalarda müalicə alır, 295 nəfər isə sağalıb.
Epidemiyanın İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində davam etdiyi bildirilib.
KDR-nin səhiyyə naziri Rocer Kamba açıqlamasında Ebola epidemiyasının hələ də “çox aktiv” mərhələdə olduğunu bildirib. O, yoluxma hallarının artımının nə vaxt pik həddə çatacağının hələ müəyyən edilmədiyini qeyd edib.
Kamba əhalinin sıxlığı, insanların intensiv hərəkəti və yerli şəraitin cəmiyyətin mübarizə tədbirlərinə cəlb olunmasını çətinləşdirməsinin epidemiyaya qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb.