logo
logo logo
logo

Dostunun pulunu bilmədən zibilliyə atdı – Konteynerdə tapıldı

16:59 - 10 İyul 2026

Dostunun pulunu bilmədən zibilliyə atdı – Konteynerdə tapıldı

Türkiyənin Karabağlar rayonunda yaşayan 43 yaşlı zərgər Mehmet Günəş dostunun qızıl almaq üçün ona əmanət etdiyi 400 min lirəni (təxminən 14,5 min manat) evə apararaq mətbəxdə saxlayıb.


Pulun torbada olmasından xəbərsiz olan həyat yoldaşı isə onu zibil hesab edərək məhəllədəki zibil konteynerinin yanına atıb.

Ertəsi gün vəziyyətdən xəbər tutan Günəş əvvəlcə bələdiyyənin köməyi ilə təxminən 15 ton tullantı arasında axtarış aparsa da, nəticə əldə edə bilməyib.

Daha sonra 7 təhlükəsizlik kamerasının görüntülərini izləyən Günəş təmizlik işçilərinin torbanı konteynerin içinə atdığını görüb. O, dərhal konteynerə qayıdaraq içərisində 400 min lirə (təxminən 14,5 min manat) olan torbanı zibillərin arasından tapıb.

Mehmet Günəş bildirib ki, pul dostunun ona əmanət etdiyi vəsait idi və onun tapılması böyük sevincə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az