logo
logo logo
logo

Məşhur avtomobil şirkəti ilə işçiləri arasında qarşıdurma

17:46 - 10 İyul 2026

Məşhur avtomobil şirkəti ilə işçiləri arasında qarşıdurma

Avropanın ən böyük avtomobil istehsalçısı olan "Volkswagen" şirkətinin üzləşdiyi müxtəlif çətinliklərə cavab olaraq hazırladığı yenidənqurma planının işçi nümayəndələri tərəfindən bloklandığı bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət mənbələrinin məlumatına görə, Volkswagen Çin avtomobil istehsalçılarının artan rəqabəti, ABŞ-nin gömrük siyasətinin yaratdığı milyardlarla dollarlıq əlavə xərclər və Almaniyada yüksələn istehsal məsrəfləri ilə mübarizə aparır.

Şirkətin baş icraçı direktoru Oliver Blume "Volkswagen"in səmərəliliyini artırmağı hədəflədiklərini bildirib.

Lakin şirkətin nəzarət orqanında işçilərin və Aşağı Saksoniya əyaləti hökumətinin nümayəndələrinin təmsil olunması rəhbərliyin qəbul etdiyi qərarların həyata keçirilməsini çətinləşdirir.

İki şirkət mənbəsi bildirib ki, dünən keçirilən nəzarət şurasının iclasında rəhbərliyin təqdim etdiyi yenidənqurma planı 7 səsə qarşı 12 səslə rədd edilib.

Nəzarət şurasının sözçüsü iclasın nəticəsi ilə bağlı sualları cavablandırmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az