"Yura Parkı", "Piano" və "Peaky Blinders" kimi məşhur ekran əsərlərində canlandırdığı rollarla tanınan yeni zelandiyalı aktyor Sem Nil 78 yaşında vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı məlumat aktyorun rəsmi Instagram hesabında yayımlanan açıqlama ilə təsdiqlənib. Bildirilib ki, Sem Nil Avstraliyanın Sidney şəhərində ailəsinin əhatəsində dünyasını dəyişib. Ailəsi onun ölümünü qəfil və gözlənilməz adlandırsa da, ölüm səbəbi açıqlanmayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, aktyora 2022-ci ildə üçüncü mərhələ qan xərçəngi – limfoma diaqnozu qoyulsa da, o, müalicə nəticəsində xəstəliyə qalib gəlmiş və vəfat etdiyi vaxt xərçəngdən tam sağalmış vəziyyətdə olub.