logo
logo logo
logo

Avropanın 10 ölkəsi Anti-Ballistik Raket Koalisiyası yaratdı

11:24 - 14 İyul 2026

Avropanın 10 ölkəsi Anti-Ballistik Raket Koalisiyası yaratdı

Fransa və Ukrayna da daxil olmaqla 10 Avropa ölkəsi ballistik raketlərdən qaynaqlanan artan təhdidlərə qarşı mübarizə məqsədilə Anti-Ballistik Raket Koalisiyasının yaradıldığını elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə Prezident Emmanuel Makronun ev sahibliyi ilə keçirilən Anti-Ballistik Raket Koalisiyasının iclasından sonra Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya liderləri birgə yazılı bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, koalisiyaya üzv ölkələrin liderləri ballistik raketlərin yaratdığı təhlükənin artdığını və Avropa qitəsinin müdafiə imkanlarının gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını nəzərə alırlar.

Sənəddə vurğulanıb ki, yaradılan koalisiya yalnız müdafiə məqsədi daşıyır və ballistik raketlərə qarşı müdafiə imkanlarının inkişaf etdirilməsinə yönəlib.

Bəyanatda deyilir: "Ballistik raketlərə qarşı müdafiə imkanlarının inkişaf etdirilməsini hədəfləyən əsas layihəyə qətiyyətlə dəstəyimizi ifadə edirik".

Bununla yanaşı, koalisiyanın beynəlxalq öhdəliklərə və qüvvədə olan hüquqi çərçivəyə uyğun şəkildə ilk əməliyyat imkanlarının formalaşdırılması üçün yol xəritəsinin hazırlanacağı öhdəliyi götürüldüyü qeyd olunub.

Bəyanata əsasən, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya koalisiyanın təsisçi üzvləridir. Eyni zamanda vurğulanıb ki, təşəbbüs eyni məqsədləri bölüşən digər ölkələrin də qoşulmasına açıqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az