logo
logo logo
logo

Pilotu səmada yazdığı sözə görə istirahətə göndərdilər - FOTO

14:06 - 14 İyul 2026

Pilotu səmada yazdığı sözə görə istirahətə göndərdilər - FOTO

Böyük Britaniyada bir pilot sınaq uçuşu zamanı uçuş marşrutunu qeyri-adi şəkildə dəyişərək səmada "Darıxıram" sözlərini yazıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, pilot təyyarəni Böyük Britaniya ilə Uels arasındakı sərhəd bölgəsi üzərində elə istiqamətləndirib ki, uçuş trayektoriyası nəticəsində səmada ingiliscə "I'm bored" ("Sıxılıram") ifadəsi yaranıb. Bu marşrut "Flightradar24" platforması tərəfindən qeydə alınıb.

"Flightradar24"ün məlumatına əsasən, Ravenair aviaşirkətinə məxsus təyyarə ilə həyata keçirilən sınaq uçuşu təxminən iki saat davam edib.

Bildirilir ki, pilot "I'm bored" ifadəsini formalaşdırmaq üçün 20 dəqiqə ərzində ardıcıl kəskin dönüşlər edib.

Ravenair şirkətinin açıqlamasında pilotun 20 yaşlarında olduğu, onun barəsində hər hansı intizam tədbiri görülmədiyi bildirilib.

Şirkətin əməliyyatlar üzrə rəhbəri Ueyn Barrett gənc pilotun peşəkarlığını yüksək qiymətləndirərək deyib:

"Təyyarədə hər hansı hissə dəyişdirildikdən sonra bütün sistemlərin normal işlədiyinə əmin olmaq üçün onu sınaq uçuşuna çıxarırıq. Bu uçuş zamanı heç bir nasazlıq aşkarlanmadı. Pilot isə bu gün istirahətdədir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az