logo
logo logo
logo

Venesuelada zəlzələdə ölənlərin sayı 4500-ü keçdi

16:01 - 14 İyul 2026

Venesuelada zəlzələdə ölənlərin sayı 4500-ü keçdi

Venesuelada iyunun 24-də baş vermiş zəlzələlər nəticəsində həlak olanların sayı 4 min 561 nəfərə yüksəlib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, son sutkada daha 71 nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 4 min 561 nəfərə çatıb.

Onun sözlərinə görə, zəlzələlər nəticəsində xəsarət alanların sayı 16 min 740 nəfərdir.

Rodriges həmçinin qeyd edib ki, indiyədək 128 min 324 ailəyə humanitar yardım çatdırılıb. Zəlzələdən zərər çəkmiş bölgələrdə yaradılan müvəqqəti çadır şəhərciklərinin sayı isə 107-yə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az