Fransanın paytaxtı Parisdən təxminən 60 kilometr məsafədə yerləşən Fontenblo meşəsində baş verən yanğın nəticəsində 1900 hektardan çox ərazi yanaraq məhv olub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Sena və Marn departamentində yerləşən Fontenblo meşəsində iyulun 12-də başlayan yanğın hələ də tam nəzarət altına alınmayıb.
Hazırda yanğının söndürülməsinə 850-yə yaxın yanğınsöndürən cəlb olunub və ərazidə əməliyyatlar davam etdirilir.
Sena və Marn Yanğın-Xilasetmə Xidmətinin məlumatına əsasən, alov indiyədək 1900 hektardan çox meşə sahəsini külə çevirib.
Fransa Meteorologiya Xidməti (Météo-France) isə Sena və Marn departamenti də daxil olmaqla ölkənin 30 departamentində yüksək meşə yanğını riski ilə əlaqədar narıncı xəbərdarlıq elan olunduğunu açıqlayıb.