Avropa İttifaqı (Aİ) ölkələrində əhalinin sayının 2029-cu ildən etibarən azalmağa başlayacağı, yaşlı əhalinin xüsusi çəkisinin isə sürətlə artacağı proqnozlaşdırılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının hazırladığı "Aİ-də Demoqrafik Dəyişiklik: Dəyişimin Anlaşılması və Onun Nəticələrinə Uyğunlaşma" adlı hesabatda qeyd olunub.
Hesabatda xatırladılıb ki, Avropa İttifaqının əhalisi 1960-cı ildə 354,5 milyon nəfər olduğu halda, 2025-ci ilin əvvəlinə bu göstərici 450,6 milyon nəfərə çatıb. Bununla yanaşı, son illərdə əhali artım tempinin nəzərəçarpacaq dərəcədə zəiflədiyi vurğulanıb.
Sənəddə bildirilir ki, Aİ-də əhali sayının 2029-cu ildə 453,3 milyon nəfərlə ən yüksək həddə çatacağı gözlənilir. Bundan sonra isə uzunmüddətli azalma dövrünün başlayacağı proqnozlaşdırılır.