logo
logo logo
logo

Bacısının cəsədi ilə 1 həftə eyni evdə qaldı - Dəhşətli hadisə

17:19 - 14 İyul 2026

Bacısının cəsədi ilə 1 həftə eyni evdə qaldı - Dəhşətli hadisə

Türkiyənin Samsun şəhərində mənzildən gələn kəskin qoxu ilə bağlı daxil olan müraciət əsasında evə daxil olan polis əməkdaşları 60 yaşlı Mualla Boyerinin meyitini aşkar ediblər.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, meyitin çürümə mərhələsində olduğu üçün Məhkəmə-Tibbi Ekspertiza tərəfindən ilkin qiymətləndirmənin aparılmasının mümkün olmadığı bildirilib.

Məlumata görə, hadisə ötən gün saat 16:30 radələrində Cümhuriyyət məhəlləsinin 95-ci küçəsində qeydə alınıb. Ərazidə yaşayan sakinlər yaşayış binasından yayılan kəskin qoxu ilə əlaqədar təcili yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn polis və tibb işçiləri qoxunun Mualla Boyerinin yaşadığı mənzildən gəldiyini müəyyən ediblər. Mənzilin qapısını Boyerinin əqli məhdudiyyətli bacısı S.B. açıb. Mənzilə daxil olan əməkdaşlar 60 yaşlı qadının meyiti ilə qarşılaşıblar.

İlkin araşdırma zamanı Mualla Boyerinin təxminən bir həftə əvvəl vəfat etdiyi müəyyən edilib.

Onunla eyni evdə yaşayan əqli məhdudiyyətli bacısı S.B. isə tibbi müayinə və müalicə məqsədilə xəstəxanaya yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az