logo
logo logo
logo

Borcunu ödəməyən bələdiyyəyə şok icra əməliyyatı

12:12 - 16 İyul 2026

Borcunu ödəməyən bələdiyyəyə şok icra əməliyyatı

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda məcburi satınalma (ekspropriasiya) ilə bağlı ödənişlərini almayan 20 vətəndaşı təmsil edən vəkil bələdiyyəyə qarşı icra əməliyyatı başladıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, torpaqların və ya əmlakın dövlət ehtiyacları üçün alınması (ekspropriasiya) ilə bağlı ödənişlərini almayan 20 vətəndaşı təmsil edən vəkil tərəfindən Manavqat Bələdiyyəsində gecə saatlarında əmlakın müsadirə edilməsi əməliyyatı həyata keçirilib.

Bələdiyyənin yüksək vəzifəli şəxslərinin xidməti istifadəsində olan üç avtomobil vəkil Emre Erdoğan və Manavqat Polis İdarəsinin Yol Nəzarəti Şöbəsinin əməkdaşlarının nəzarəti altında cərimə meydançasına aparılıb. Side Xidmət Binasında müsadirə edilən daha bir avtomobil isə qapalı dayanacaqda yerləşdiyi üçün ərazidən çıxarıla bilməyib.

Məsələ ilə bağlı açıqlama verən vəkil Emre Erdoğan bildirib ki, müştərilərinə məxsus torpaq sahələri Manavqat Bələdiyyəsi tərəfindən dayanacaq tikintisi məqsədilə ekspropriasiya edilsə də, onların dəyəri bu günədək ödənilməyib.

Onun sözlərinə görə, Manavqat 3-cü Mülki Məhkəməsi iddianı təmin edib və qərar qüvvəyə mindikdən sonra icra tədbirlərinə başlanılıb.

"Manavqat Bələdiyyəsinin müştərilərimə ekspropriasiya ilə bağlı ümumi borcu təxminən 60 milyon lirədir (təxminən 2,6 milyon manat). Hazırda üç xidməti avtomobil cərimə meydançasına aparılıb, bir avtomobil isə Side-dəki xidmət binasının qapalı dayanacağında olduğu üçün çıxarıla bilməyib. Müsadirə edilən avtomobillərin ümumi dəyəri isə təxminən 7 milyon lirədir (təxminən 304 min manat)", – deyə vəkil vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az