logo
logo logo
logo

Boşanmaq istədi, məhkəmə onu təqsirkar saydı

12:23 - 16 İyul 2026

Boşanmaq istədi, məhkəmə onu təqsirkar saydı

Türkiyədə həyat yoldaşının onu evdən qovaraq məsciddə qalmağa məcbur etdiyini iddia edən kişinin boşanma tələbi məhkəmə tərəfindən rədd edilib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, yaşlı kişi Ailə Məhkəməsinə müraciət edərək, həyat yoldaşının ona qarşı hörmətsiz davrandığını, təhqir etdiyini, evdən qovduğunu və pensiya kartını əlindən alaraq maliyyə müstəqilliyini məhdudlaşdırdığını iddia edib.

İddiaçı bildirib ki, evdən çıxarıldıqdan sonra uzun müddət küçədə yaşayıb, soyuqdan qorunmaq üçün isə gecələri məsciddə keçirib. O, boşanma ilə yanaşı, müvəqqəti aliment, ehtiyac alimenti, həmçinin maddi və mənəvi ziyanın ödənilməsini də tələb edib.

Lakin Ailə Məhkəməsi iddianı təmin etməyib. Məhkəmə müəyyən edib ki, görmə qabiliyyətini itirmək üzrə olan və şəkərli diabetdən əziyyət çəkən həyat yoldaşına lazımi qayğını göstərməyən, onun müalicəsinə dəstək olmayan məhz ər olub. Bu səbəbdən o, "evlilik birliyinin əsaslı şəkildə sarsılması" və "emosional zorakılıq" baxımından əsas təqsirkar hesab edilib.

Qərara əsasən, cavabdeh qadına təyin olunmuş müvəqqəti aliment məhkəmə qərarı qüvvəyə minənədək ödənilməli, qərar qüvvəyə mindikdən sonra isə dayandırılmalıdır.

Ərin apellyasiya şikayəti Regional Ədliyyə Məhkəməsi tərəfindən rədd edilib. Daha sonra işə baxan Kassasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası da xəstə həyat yoldaşına qayğı göstərilməməsini boşanma üçün əsaslı təqsir hesab edərək Ailə Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az