logo
logo logo
logo

“Anlaşma olmazsa, bu işi birdəfəlik bitirəcəyik” - Trampdan İrana GÖZDAĞI

12:35 - 16 İyul 2026

“Anlaşma olmazsa, bu işi birdəfəlik bitirəcəyik” - Trampdan İrana GÖZDAĞI

ABŞ Prezidenti Donald Tramp İranla yaşanan gərginlik fonunda diqqətçəkən açıqlamalar verib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, İran danışıqlar aparmaq istəyir və yaxın vaxtlarda vəziyyətin necə inkişaf edəcəyi bəlli olacaq.

Tramp İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı da sərt ifadələr işlədib.

Jurnalistlərdən birinin “İnqilab Keşikçiləri Korpusunu İŞİD-i məhv etdiyiniz kimi aradan qaldıra bilərsinizmi?” sualını cavablandıran ABŞ Prezidenti belə deyib:

“Bəli, elədir. Nələrin baş verəcəyini görəcəyik”.

Tramp həmçinin əlavə edib:

“Onlarla razılığa gələcəyik, yoxsa bu işi tamamilə bitirəcəyik – bunu yaxın zamanda görəcəyik”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az