Vanın Muradiye rayonunda iki ailə arasında silah və dəynəklərin istifadə olunduğu davada 15 nəfər xəsarət alıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Karahan məhəlləsində baş verib. İki ailə arasında otlaq sahəsi üstündə yaranan mübahisə qısa müddətdə odlu silah və dəyənəklərin də istifadə olunduğu davaya çevrilib, nəticədə 15 nəfər xəsarət alıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı tibb və polis qrupları cəlb edilib. Xəsarət alanlar təcili yardım maşınları ilə Muradiye Dövlət Xəstəxanasına aparılıb, vəziyyəti ağır olanlar isə Van Təlim və Araşdırma Xəstəxanasına köçürülüb.
Polis əməkdaşları məhəllədə geniş təhlükəsizlik tədbirləri görüb.
Faktla bağlı araşdırma davam edir.