ABŞ və İran arasında danışıqlar davam edir.
Manset.az Sky News-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, İran ABŞ ilə əlaqələri davam etdirir və razılaşma əldə etmək istəyir.
Livitt bunu İranın "ağır zərbələrə məruz qalması" ilə əlaqələndirib.
Ağ Evin sözçüsü bildirib ki, ABŞ-nin son hərbi əməliyyatları İranın tərəflər arasında imzalanmış Anlaşma Memorandumunu pozmasına cavab olaraq həyata keçirilib.
Livitt iddia edib ki, İran Hörmüz boğazında kommersiya gəmilərinə hücum edib.
O əlavə edib ki, Prezident Donald Tramp diplomatik həll yoluna açıq qalmaqda davam edir.