Niderland hakimiyyəti uzunmüddətli isti hava şəraiti və çaylarda su səviyyəsinin kritik həddə enməsi səbəbindən ölkədə ikinci səviyyəli su böhranı – "faktiki su qıtlığı" rejimi elan edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qərar Milli Su Ehtiyatlarının Bölüşdürülməsi üzrə Koordinasiya Komissiyasının tövsiyəsi əsasında qəbul olunub.
Bildirilib ki, bununla əlaqədar texniki məhdudiyyətlər tətbiq edilir, bəndlərin işi tənzimlənir, əlavə nasos stansiyaları hazırlanır və şlüzlərin açılma tezliyi azaldılır.
Ölkənin bəzi bölgələrində kanallardan, çaylardan və yeraltı mənbələrdən su götürülməsi qadağan edilib. Bununla yanaşı, əhalinin içməli su ilə təminatının sabit qaldığı qeyd olunub.