logo
logo logo
logo

Venesuelada ölənlərin sayı 5 minə çatır

11:37 - 17 İyul 2026

Venesuelada ölənlərin sayı 5 minə çatır

Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4 930 nəfərə yüksəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial şəbəkə hesabında paylaşım edib.

Rodriqes bildirib ki, son məlumatlara əsasən, ölənlərin sayı daha 101 nəfər artaraq 4 930-a çatıb. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində yaralananların sayı isə 16 740 nəfər təşkil edir.

Milli Assambleyanın sədri qeyd edib ki, iyunun 24-də baş vermiş zəlzələlərdən sonra bölgədə indiyədək 1 308 afterşok qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az