logo
logo logo
logo

ABŞ bu şəxslərin ölkədə qalma müddətini məhdudlaşdırır

11:52 - 17 İyul 2026

ABŞ bu şəxslərin ölkədə qalma müddətini məhdudlaşdırır

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi xarici tələbələr başda olmaqla, müəyyən qeyri-immiqrant vizaları ilə ölkəyə daxil olan şəxslərin ABŞ-də qalma müddətinə məhdudiyyət tətbiq ediləcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı yazılı məlumata görə, F (tələbə), J (mədəni mübadilə proqramı iştirakçıları) və I (xarici jurnalistlər) kateqoriyalı qeyri-immiqrant vizaları ilə ABŞ-yə gələn şəxslərin ölkədə qalma müddətini tənzimləyən yekun qaydalar təsdiqlənib.

Yeni qaydalara əsasən, əvvəlki sistemdə bu kateqoriyadan olan şəxslərin müntəzəm dövlət nəzarəti olmadan ABŞ-də qalmasına imkan verən müddəalar ləğv olunub və onların ölkədə qalması üçün müəyyən edilmiş sabit vaxt məhdudiyyəti tətbiq edilib.

Dəyişikliklərə əsasən, tələbə vizası və ya mübadilə proqramı çərçivəsində ABŞ-yə gələn şəxslər yalnız iştirak etdikləri proqramın müddəti ərzində ölkədə qala biləcəklər. Bu müddət isə maksimum 4 il olacaq.

Bununla yanaşı, təhsil və ya akademik proqramını başa çatdırmaq üçün əlavə vaxta ehtiyacı olan viza sahibləri federal qurumlara müraciət edərək qalma müddətinin uzadılmasını tələb edə biləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az