CHP-dən ayrılan Özgür Özel parlament fraksiyasının iclasında çıxışı zamanı yeni siyasi mərhələnin başlandığını elan edib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o bildirib ki, "Biz köynək dəyişmirik, xalq naminə hamılıqla od köynəyi geyinirik. Qorxanlar və tərəddüd edənlər geridə qala bilərlər".
Özel yeni siyasi partiyanın xalqın seçdiyi deputatların iştirakı ilə təsis olunduğunu açıqlayıb. O, qurduqları siyasi qüvvənin açıq fərqlə ölkənin əsas müxalifət partiyasına çevriləcəyini iddia edib.