Benində 68 nəfərin olduğu sərnişin təyyarəsi hava limanına eniş etdikdən sonra uçuş-enmə zolağından çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Laqos şəhərindən 63 sərnişin və 5 ekipaj üzvü ilə havaya qalxan Enugu Hava Yollarına məxsus Embraer E170 tipli sərnişin təyyarəsi Benin hava limanına məcburi eniş edib.
Enişdən sonra zolaqdan çıxan təyyarə kolluq ərazidə dayanıb. Sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisə zamanı xəsarət alan və ya ölən olmayıb, bununla da mümkün faciənin qarşısı alınıb.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başladılıb.