logo
logo logo
logo

HƏMAS silahsızlanma üçün şərtini açıqladı

12:13 - 17 Avqust 2026

HƏMAS silahsızlanma üçün şərtini açıqladı

Misirdə təmaslar aparan HƏMAS nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə silahsızlanma planının həyata keçirilməsi üçün tələb olunan şərti açıqladığı iddia edilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Misirdə bir sıra mühüm görüşlər keçirib. Nümayəndə heyəti Misir Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Həsən Rəşadla görüşüb, həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə bir araya gəlib.

Misirin Əl-Əlameyn şəhərində keçirilən görüşlərlə bağlı məlumat verən, adı açıqlanmayan misirli diplomat HƏMAS nümayəndə heyətinin Kuşnerə mühüm mesaj çatdırdığını bildirib.

Diplomatın iddiasına görə, HƏMAS İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzzada Sülh Şurasının silahsızlanma planında nəzərdə tutulan şərtlərə əməl edəcəyini açıq şəkildə bəyan etməsi halında silahsızlanma planını həyata keçirməyə başlayacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az