Rumıniya hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatının (PUA) NATO-nun hava məkanına nəzarət missiyası çərçivəsində havaya qalxan İspaniyaya məxsus F-18 qırıcıları tərəfindən vurulduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rumıniyanın müdafiə naziri Radu-Dinel Mirutsa sosial şəbəkə hesabında verdiyi açıqlamada ölkənin cənub-şərqində, Qalats şəhəri yaxınlığında hava məkanına icazəsiz daxil olan PUA-nın aşkarlandığını bildirib.
Nazirin sözlərinə görə, NATO-nun hava məkanına nəzarət missiyası çərçivəsində iki F-18 qırıcısı havaya qalxaraq bölgəyə göndərilib. İspaniyaya məxsus qırıcılar Rumıniya hava məkanına daxil olan PUA-ya müdaxilə edib.
Mirutsa PUA-nın yaşayış məntəqələrinin olmadığı meşəlik əraziyə düşdüyünü bildirib.
PUA-nın hansı ölkəyə məxsus olduğunun müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb. Rumıniyanın müdafiə naziri İspaniya F-18 pilotlarına və Rumıniya ordusuna uğurlu əməliyyata görə təşəkkür edib.
Qeyd edək ki, iyul ayında da üç gün ardıcıl olaraq Rumıniya hava məkanına icazəsiz daxil olan üç PUA vurulmuşdu.