logo
logo logo
logo

Oman və İranın XİN rəhbərləri Hörmüzdəki vəziyyəti müzakirə etdilər

22:33 - 21 Avqust 2026

Oman və İranın XİN rəhbərləri Hörmüzdəki vəziyyəti müzakirə etdilər

Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə iranlı həmkarı Abbas Əraqçi arasında baş tutan telefon danışığında regional məsələlər və Hörmüz boğazındakı gəmiçiliklə bağlı vəziyyət müzakirə edilib.


Manset.az xəbər verir ki, bu barədə Omanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Hörmüzdən gəmilərin sərbəst keçidinin bərpası və zəmanət altına alınmasına, habelə regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş praktiki razılaşmaların işlənib hazırlanması məqsədilə məsləhətləşmə xarakterli qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyinə diqqət çəkiblər.

Diplomatlar həmçinin Yaxın Şərqdəki cari hadisələr kontekstində siyasi dialoqun və danışıqlar prosesinin bərpasına kömək edəcək şəraitin formalaşdırılması imkanlarını müzakirə ediblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az