logo
logo logo
logo

Trampın komandası dağılır - Yüksəkvəzifəli şəxslər istefa verir

22:48 - 30 Avqust 2026

Trampın komandası dağılır - Yüksəkvəzifəli şəxslər istefa verir

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin kritik mərhələsinə qədəm qoyub.


Manset.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Bildirilir ki, komandasındakı bir çox yüksəkvəzifəli məmurun istefasından sonra Tramp daha dar bir köməkçi dairəsinə bel bağlamaq məcburiyyətində qalıb:

“Son bir ay ərzində dövlət başçısı ictimaiyyətlə əlaqələr üzrə baş nümayəndəsini, aparıcı hüquq məsləhətçisini, milli təhlükəsizlik üzrə əsas müşavirini və Konqreslə işə cavabdeh olan əməkdaşını itirib. Ağ Evin mətbuat katibi Kerolayn Levittin gedişi isə administrasiya üçün gözlənilməz olub.

Mənbələrin məlumatına görə, qarşıdan gələn aralıq seçkiləri ərəfəsində istefalar adi hal sayılsa da, kütləvi gedişlər Tramp üçün xarici və daxili problemlərlə mübarizə apardığı mürəkkəb bir zamana təsadüf edir. Buna baxmayaraq, Ağ Ev administrasiyasından kadr axınına görə narahat olmadıqlarını və Trampın “Amerikanı yenidən möhtəşəm etmək” missiyasının hər bir fərdi komanda üzvündən daha üstün olduğunu vurğulayıblar”.

Xatırladaq ki, bundan əvvəl mühafizəkar jurnalist Takker Karlson ABŞ liderinin nüvə silahından ilk istifadə ehtimalını nəzərdən keçirəcəyi təqdirdə Trampın istefaya getməli olduğunu bildirmişdi. Həmçinin Tramp bir müddət öncə xanım nazirlərdən birini xidməti romab yaşatdığı üçün işdən çıxarmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az