İstanbulun Kağıthane rayonundakı yaşayış kompleksində 14-cü mərtəbədə yerləşən mənzilin balkonundan yıxılan 26 yaşlı Nisa Nur Oğul həyatını itirib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yahya Kamal məhəlləsindəki yaşayış kompleksində baş verib. Məlumatlara görə, 112 Təcili Çağrı Mərkəzinə kompleksdə hündürlükdən yıxılma ilə bağlı məlumat daxil olub. Hadisə yerinə polis və tibb əməkdaşları cəlb edilib.
Tibb işçiləri tərəfindən aparılan müayinə nəticəsində binanın arxa tərəfindəki həyətdə hərəkətsiz vəziyyətdə aşkar edilən qadının həyatını itirdiyi müəyyən olunub.