logo
logo logo
logo

“Almanlar yenə müharibə istəyirlər” - Sergey Lavrov 

17:50 - 06 Sentyabr 2026

“Almanlar yenə müharibə istəyirlər” - Sergey Lavrov 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Leypsiq aeroportuna PUA hücumu ilə bağlı Qərbin Moskvaya qarşı ittihamlarını “əsl müharibənin başlanğıcı” adlandırıb.


Manset.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin rəhbəri bəyanatla çıxış edib.

Lavrov Almaniyanın diplomatik nümayəndəliklərini bağlamasını İkinci Dünya müharibəsindən əvvəlki hadisələrlə müqayisə edib.

Nazir Berlinin “yenidən müharibə istədiyini” və tarixdən dərs çıxarmadığını iddia edərək, Rusiya rəhbərliyinin buna uyğun nəticələr çıxaracağını vurğulayıb:

“Leypsiq, aeroport... Hansısa PUA tapıblar. Heç bir araşdırma aparılmadan bunun Rusiya dronu olduğunu bildirdilər. Bu, əslində, böyük mənada əsl müharibənin başlanğıcıdır”.

Rusiya XİN rəhbəri həmçinin əlavə edib ki, bəzi müasir siyasi xadimlər tezliklə Avropa siyasətinin zirvəsindən “süpürülüb atılacaqlar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az